A-Z

A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Bəhmən Cabbaroğlu



Bəhmən Cabbaroğlu - şair.


Bəhmən Cabbaroğlu (Bəhmən Cabbar oğlu Babayev) 1958-ci ildə Quba rayonunun Rük kəndində anadan olub. 


1980-1985-ci illərdə Rusiya Federasiyasında təhsil aldıqdan sonra bir sıra dövlət müəssisələrində çalışıb. 


1989-2013-cü illərdə “Azəriqaz” İstehsalat Birliyində işləyib. 


Ədəbi yaradıcılığa tələbəlik illərindən başlayıb. İlk şeiri Perm vilayətində çap olunan “Kama” qəzetində dərc olunub. 


1990-cı illərdən ədəbi yaradıcılıqla mütəmadi məşğul olmağa başlayıb. Hazırda 4 kitab müəllifidir. Şairin yaradıcılığında eyni zamanda 4 poema və epopeya da yer alıb.


2013-cü ildə “Şəhid ömrü”, 2015-ci ildə “Tanrı qarğışı”, 2021-ci ildə “Tənhalıqdan qorxmuram ki”, 2023-cü ildə “Bu payız da tələsir” adlı şeir kitabları işıq üzü görüb. 


2015-ci ildə “Məmməd Araz”, 2016-cı ildə “Qızıl Qələm” media mükafatı, 2019-cu ildə “Nəsimi” poeziya diplomu ilə təltif edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


Şeirləri “Gülüstan İnciləri”, “Nəsimi-650, Cahana sığmazam” almanaxlarında, “Xəzinə”, “Müasir Azərbaycan Ədəbiyyatı”, “Zirvədəkilər” antologiyalarında və bir çox dövrü mətbuat və jurnallarda dərc olunub.  


Hal-hazırda təqaüdçüdür və yaradıcılığını davam etdirir.

No comments:

Post a Comment