A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Həsənbaba Həsənli

Həsənbaba Həsənli


Həsənbaba Həsənli - müharibə və əmək veteranı, qabaqcıl sovet təsərrüfatı işçisi.


Həsənli Həsənbaba Məcid oğlu 1925-ci ildə Quba qəzasının Yerfi kəndində anadan olmuşdur.


1942-ci ildə yaşı iki iI artılaraq II Dünya müharibəsinə səfərbər edilmiş, Belorusiya cəbhəsində yaralanmıș, 1944-cü ildə ordudan III dərəcəli müharibə əlili kimi tərxis olunmuşdur.

1952-ci ildən müxtəlif təsərrüfatlarda baş mühasib, 1957-ci ildən Qonaqkənd rayonu kənd təsərrüfatı müfəttişliyində baş təlimatçı mühasib, 1959-cu ildən 1981-ci ilədək fasiləsiz olaraq sovet təsərrüfatı rəhbəri işləmişdir.

1956-cı ildən Sov.İKP üzvü H.Həsənli uzun illər rayon partiya komissiyasının üzvü olmuşdur. İki çağırıș: 1959 və 1964-cü illərdə rayon sovetinə deputat seçilmişdir. Dövrünün orden və medalları ilə təltif olunmuşdur.

1990-cı ildə vəfat etmişdir.

Xatırlatma: Qonaqkənd yolundakı Çayqovuşandan Nohurdüzünədək yeni yol və sovetlik daxili bir çox ərazilərə onun rəhbər işlədiyi dövrdə yollar açılmışdır. Təsərrüfat sahəsində zamanının texniki nailiyyətlərinin tətbiq edilməsində fərqlənmişdir.

No comments:

Post a Comment