A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Rövşən Abdullaoğlu

 

Rövşən Abdullaoğlu
Rövşən Abdullaoğlu

Rövşən Abdullaoğlu - Azərbaycanlı yazıçı, filosof-şərqşünas, təlimçi, psixoloq, teoloq "PEN America" yazıçılar birliyinin üzvü, "Qədim Qala" nəşriyyatının təsisçisi, nəşriyyatın elmi heyətinin rəhbəri.


Hazırda Azərbaycanda Rövşən Abdullaoğlunun 27 kitabı çapdan çıxmışdır, onların əksəriyyəti bestseller olmuş, ingilis, rus, özbək, ərəb və türk dillərinə tərcümə edilmişdir.


Bir çox milli bestseller kitabların müəllifidir. Əsərlərində daha çox psixologiya, fəlsəfə, irfan, həyat fəlsəfəsi və teologiya sahələrinə aid mövzulara toxunur. "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016–2017-ci illərdə Azərbaycanda yerli və xarici əsərlər arasında ən çox satılan kitab olub. Ölkədə bestseller olmuş "Relslər üzərinə uzanmış adam" romanı 2020-ci ildə ABŞ-nin "Readers’ Favorite" beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb.


O, həm də ictimai fəaliyyəti ilə tanınır. Məktəb və universitetlərdə, mədəniyyət mərkəzlərində psixoloji mövzularda seminarlar keçir, fəlsəfə dərsləri deyir, müxtəlif televiziya və radio verilişlərində çıxış edir. Bir sıra xeyriyyə layihələrinin təsisçisi və iştirakçısıdır.


Rövşən Abdulla oğlu Abdullayev 28 sentyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Evlidir, üç övladı var.


Atası — Abdulla Abdullayev, hüquq-mühafizə sistemində çalışıb, rütbəsi mayordur. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Hazırda baş hüquqşünas vəzifəsini icra edir. Anası — Gülnarə Abdullayeva, ixtisasca mühasibdir, bank sektorunda 30 illik iş təcrübəsinə sahibdir. Qardaşları: Altay Abdullayev pediatr-neonatoloqdur. Fərhad Abdullayev — "Qədim Qala" nəşriyyatının həmtəsisçisi və rəhbəridir.

No comments:

Post a Comment