A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Qaraqan (Elxan Zeynallı)

Qaraqan (Elxan Zeynallı)
Qaraqan (Elxan Zeynallı)


Qaraqan (Elxan Zeynallı) - azərbaycanlı repçi, musiqiçi, yazıçı.


Elxan Aqşin oğlu Zeynallı 3 aprel 1987-ci ildə Bakıda doğulub.


Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dilində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb.


Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib.


2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 

2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir. 

2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində "İlin Gənci" adına layiq görülür. 

2009-cu ildə "Bir milyon dollarım olsaydı" romanı ən çox satılan kitab olur. 

2010-cu ildə hərbi xidmətdə olur. Rus dilində yazdığı "Исповедь Одного Извpaщeнцa" romanı rus dilli kütlə üçün nəzərdə tutulur. 

2011-ci ildə "Qısa qapanma" adlı solo konserti baş tutur. 2011-ci ildə "Uşaq yardım" kampaniyasında iştirak edir və "Bir" trekinə klip çəkilir. 

2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti keçirilir. 2012-ci ildə Ankara və İstanbul konsertləri baş tutur. 2012-ci ildə "A" romanı ABŞ-də çap olan ilk azərbaycanlı yazıçıların kitabı olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilir. 

2013-cü ildə "Коpоткое Зaмыкaние" adı altında Moskva konserti baş tutur. 2013-cü ildə "Evakuasiya" adlı romanı maraqla qarşılanır. 2013-cü ilin noyabr ayında trilogiyanın birinci hissəsi "Birinci addım: Beş anonim milyonçu" təqdim edilir.. 

2014-cü ilin Dekabr ayının 27-sində yazıçının "Üç addım" trilogiyasının "İkinci addım"ı çapdan çıxır. Elə həmin gün oxucuları ilə BMM-də görüşən yazıçı kitabını təqdim edir və kitabdakı mövzularla bağlı seminar keçir. Görüşdə iştirak edən 250 nəfər oxucuya imzalı kitab verilir. 

2016-cı ildə isə "Üçüncü addım" kitabını çapdan çıxardan yazıçı trilogiyanı başa vurur. 

2019-cu il aprel ayının 3 də "Art və Xaos" kitabı oxuculara təqdim etdi. 

2023-cü il 29 sentyabrda yenidən karyersına "Söz" adlı treki ilə davam edir.

No comments:

Post a Comment