A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Uraqan (Emin Abdullayev)

Uraqan (Emin Abdullayev) - azərbaycanlı yazıçı, ssenarist, futbol hakimi.


Emin Abdullayev Munis oğlu (Uraqan) 20 Sentyabr 1997-ci ildə Bakı şəhərində idmançı ailəsində anadan olmuşdur. 2003-2012-ci illərdə 62№-li məktəb-liseyində təhsil almışdır. 

2012-ci ildə kollecə sənəd verərək Bakı Neft-Energetika Kollecinin “Neft və qaz emalı” fakültəsinə daxil olur. Eyni zamanda kolleclə bərabər AFFA-da fubol hakimi kimi fəaliyyətə başlayır. 

Kollecdə oxuduğu illərdə həvəskarlardan ibarət “Renesans” yazarlar klubuna üzv olur. “Renesans” klubunda yaradıcılığa bağlı olduğundan əmin olur.

2016-cı ildə Hərbi xidmətə yollanır. Xidməti dövründə yazarlığa daha çox bağlanır və özünü daha da püxtələşdirir. 2018-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra “Hədəf” kurslarında “sosial işçi” kimi işə başlayır. Burada Şəmil Sadiqlə tanış olur və onun razılığı ilə “Hədəf” liseyinin interaktiv elm muzeyində elmi bələdçi kimi fəaliyyətə başlayır. Fizika-kimya fənlərinin praktik yollarla göstərilən eksponatlardan ibarət muzeydə çalışdıqdan sonra 2018-ci ilin noyabr ayında “Hədəf” kursları ilə yollarını ayırır. 

Atası - Munis Abdullayev keçmiş futbolçu, daha sonra isə beynəlxalq dərəcəli futbol hakimi olmuşdur. Hal-hazırda Azərbaycan Futbol Federasiyalar Assosiasiyasında futbol üzrə hakim-inspektor olaraq çalışır. Munis Abdullayev ermənilərin içində oynamış sonuncu azərbaycanlı futbolçudur.

Anası - Adilə Abdullayeva ziyalı qadın.

Qardaşı – Ramin Abdullayev: Kimya mühəndisi 


Karyerası:

Kolleci bitirdikdən sonra, hərbi xidmətə yollanmazdan öncə 4 illik kollec müddətində yazmış olduğu cızma-qaraları toplayaraq ilk kitabı olan “Qaralama”adlı kitabı çap etdirir.

 Əsgər kimi yazmış olduğu ”Hərbidən qeydlər” kitabını hərbi xidməti başa vurduqdan sonra Şəmil Sadiqin dəstəyi ilə “Hədəf” kurslarındakı “XAN” nəşriyyatında çap etdirir. 

Oxucular tərəfindən bəyənildiyi üçün qısa bir zamanda satışda bitir. 2019-cu ildə “Ol” teatrı ilə tanış olduqdan sonra Namiq Ağayev və Fikrət Məmmədovdan ssenaristlik dərsi alır, kinematoqrafiyanın dərinlikləri ilə burada yaxından tanış olur.

2020-ci ildə “Allahsızlar şəhəri” dramını çap etdirir. 

2022-ci ildə romantik mövzuda yazdığı “Kəpənək” kitabı işıq üzü görür.

2024-cü ildə “Allahsızlar Şəhəri” kitabıın davamı olan “Cəhənnəmin Xəritəsi” kitabı çap olunur.

Eyni zamanda “№027 Qatil” adlı trilogiyası da yazılmaqdadır. Roman distopiya janrındadır. Kitabda dünyanın ən təhlükəli psixopat qatillərinin saxlanıldığı İnterpolun 150 nəfərlik gizli həbsxanadan bəhs olunur. 


Əsərləri:

Kitabları:

1. Qaralama

2. Hərbidən Qeydlər

3. Allahsızlar Şəhəri

4. Kəpənək

5. Cəhənnəmin Xəritəsi

6. Kölgəli Adlar

7. 27 Yaşıma Qədər

8. Güzgüdəki Qız

9. Qəfəsdəki Məhbuslar(№027 Qatil)


Ssenariləri:

1. Tənha qalmış Qarabağ

2. Robotik yazıçı


Xarici keçidlər:

Facebook: https://www.facebook.com/UraqanAbdullayev/

İnstagram: https://www.instagram.com/uraqan_official/

Youtube: https://www.youtube.com/channel/UCf17X1oYTIyPAbQuwOII9Ug

1000kitab: https://1000kitap.com/Uraqan


No comments:

Post a Comment