Səxavət Nur |
Səxavət Nur - radio və televiziya aparıcısı, aktyor.
Səxavət Nur (Səxavət Xudabaxış oğlu Nurullayev) 25 yanvar 1979-cu ildə Qubada anadan olub.
1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib.
2000-ci ildə Təfəkkür Universitetinin Hüquq fakültəsindən məzun olub.
1999-cu ildə "Burç FM" radiosunda aparıcı kimi fəaliyyətə başlayıb.
2001-ci ildə STV telekanalında ilk dəfə teleaparıcılığa başlayıb. Bir müddət "Kokteyl" musiqili-əyləncəli verilişin aparıcısı olub.
2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişinə dəvət olunub və 2007-ci ilin may ayına qədər "Burç FM"-də radioaparıcılıqla yanaşı, "Teletime"-ın aparıcısı olub.
2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"nin aparıcısı olub.
2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq Muğam Festivalı"nın aparıcılarından biri olub.
2008-ci ildə yaradılan "Xəzər FM" radiosunun rəhbəri kimi fəaliyyət göstərib, həmin radioda yayımlanan bir çox layihələrin müəllifi olub.
2010-cu ildə Xəzər TV-də müəllifi olduğu "Niyə də yox" verilişini hazırlayıb və təqdim edib.
2010-cu ilin avqust ayından etibarən Xəzər TV-də yayımlanan "Nuş olsun" verilişinin aparıcısı olub.
2007 - 2011-ci illərdə Azərbaycan Televiziyasının və Heydər Əliyev Fondunun layihəsi olan "Muğam Televiziya Müsabiqə"sinin aparıcısı kimi faəliyyət göstərib.
2012 - ci ildə Araz FM radiosunun müdiri və baş redaktoru təyin olunub.
2013 - cü ildə Araz fm və Xəzər TV-nin birgə layihəsi olan "İmza Mən" verilişinin layihə rəhbəri və aparıcısı olub.
2014 - cü ildə ABŞ-a köçüb və hazırda Vaşinqtonda yaşayır.
2018 - cil ildə "Xəzər" Teleradiosunun dəvəti ilə Bakıya qayıdıb və bir müddət "Xəzər FM" və "Araz FM" radiolarının rebranding- ni edib.
2019-2020-ci illərdə REAL TV-nin ABŞ bürosunun müxbiri vəzifəsində çalışıb.
No comments:
Post a Comment