Aqşin Yenisey |
Aqşin Yenisey (Aqşin Dadaşov Tofiq oğlu) 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının üzvü olub.
Şair Aqşin Yenisey yazıçı Aysel Əlizadə ilə ailəli olub, bir qızı var.
Şairin ikinci həyat yoldaşı Turanə Rəsulovadır.
Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – "Unutmaq sözünün şəkli". 2005-ci ildə ikinci şeirlər kitabını – "Sizin eradan əvvəl"i çap etdirən Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilib.
Yeddi kitabın - "Unutmaq sözünün şəkli" (2000), "Sizin eradan əvvəl" (2005), "Cənnətdə terror aksiyası" (2009), "Yüz qırx yeddi dənə sən" (2012), "Məbədin sükutu" (2013), "Tarix və Tale" (roman, 2019), "Hərflərin Vahiməsi" (roman, 2022) və yüzdən artıq məqalənin müəllifidir.
"Cənnətdə terror aksiyası" (2009) adlı kitabda "Göləqarğısancan" adlı roman, "Cənnətdə terror aksiyası" adlı hekayə və "Xəstə şərqin Rafiq Tağıya dedikləri" adlı şeri toplanıb. Əsərin əsas mövzusu Azərbaycanın üzləşdiyi və çıxmağa heç bir yol qalmayan mənəvi böhrandır.
"Yüz qırx yeddi dənə sən" (2012) A.Yeniseyin sayca dördüncü kitabıdır. Son illərdə yazdığı və əvvəlki kitablarında çap olunmamış şeirləridir. İlk dəfədir ki, oxuculara təqdim olunur.
"Məbədin sükutu" (2013) adlı bu kitabda yazarın heç bir kitabında çap olunmamış hekayələri, satirik, publisistik yazıları və müasir ədəbiyyatımızın istedadlı simalarına həsr olunmuş məqalələri toplanmışdır.
No comments:
Post a Comment