Reyhan Topçubaşova |
Reyhan Topçubaşova - Azərbaycanın ilk qadın rəssamı.
Reyhan Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada anadan olmuşdur.
1931–1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumuşdur.
1936-cı ildən əsərləri respublika sərgilərində nümayiş etdirilmişdir.
Portret, məişət, mənzərə janrlarında işləmiş, eləcə də süjetli komposiziyalar və natürmortlar çəkmişdir. Mənzərələrində Abşeron təbiətinin təsviri əsas yer tutur. Mahnı və rəqs ansamblları üçün geyim eskizləri də hazırlamışdır.
Boyakarlığın portret ("M.Ə.Sabir", "Q.Almaszadə" və s.), məişət ("Köhnə bazar", "Toy", "Küçə" və s.) və mənzərə ("Qız qalası", "Dəniz", "Mərdəkanın görünüşü", "Gecə vaxtı dənizin mənzərəsi" və s.) janrlarında fəaliyyət göstərmiş, eləcə də süjetli kompozisiyalar və natürmortlar çəkmişdir. Mahnı və rəqs ansamblları üçün geyim eskizləri də işləmişdir.
1941-1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini olmuşdur.
1943-cü ildən Azərbaycan SSR-in əməkdar incəsənət xadimi idi.
1923-cü ildə həkim Mustafa bəy Topçubaşovla ailə həyatı qurur. Bu evlilikdən 1924-cü ildə İbrahim adlı oğlu doğulur, 1927-ci ildə isə əkiz Zemfira və Elmira dünyaya gəlir. Reyhan xanım İbrahim Topçubaşovun anasıdır.
İbrahim atasının yolu ilə getdi, Azərbaycanın məşhur cərrahı oldu, 1970-ci ildə vəfat etdi. İbrahimin oğlu Ceyhun Topçubaşov da Azərbaycanın məşhur həkimlərindəndir, hazırda Mərkəzi Klinik Xəstəxanada işləyir.
Reyhan Topçubaşova 5 mart 1970-ci ildə Bakıda vəfat etmişdir.
İstifadə olunan mənbələr: qubalilar/biz, vikipediya
No comments:
Post a Comment