İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac "QIZIL QƏLƏM" mükafatı laueratı, "Yazarlar" jurnalının təsisçisi və baş redaktoru, 2019 - cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac "Günaydın"(Ağçiçəyim), "İstəməzdim şair olum, hələ mən", "Gülzar", "Şehçiçəyim", "Məhdud həyatın məchul düşüncələri", "Mum kimi yumşalanda", "Bayatılar", "Balçiçəyim", "Bərzəxdə", "Gülünün şeirləri", "Sevin ki, seviləsiz...", "Qəlbimin açıqcası", "Ustadnamə", "Nişangah", "Çəhrayı kitab", "Zimistan" (1), "Ülyahəzrət" (2), "45", "Qədimliyə bürünmüş yenilik", yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş "Otuz ildir əldə qələm" kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış "Əliş və Anna" poemasının, "Usubcan əfsanəsi", "Yaradanla baş-başa", "Qələmdar" (3) adlı məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş "Məktəbə hazırlaşırıq" adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş "Güllünün şeirləri" tədris vəsaitinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş "39 Həftə" - "39 Weeks" kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir.
Zaur Ustac və onun əsərləri haqqında aşağıdakı kitablar yazılıb:
1. Hacıxanım AİDA "ÖMRÜN ANLARI " Bakı - 2018.
2.Hacıxanım AİDA "OTUZ ŞEİR, OTUZ FİKİR " Bakı - 2018.
3.Kamal Camalov "Əliş və Anna haqqında " Bakı - 2019.
4. Gülü "ZAUR USTAC" Bakı - 2020.
5.Qələndər Xaçınçaylı "TACLI ŞAİR" Bakı - 2020.
6. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021
İstifadə olunan mənbələr:
https://zaurustac.tr.gg/
http://ek.anl.az/search/query?term_1=ZAUR++USTAC&theme=e-kataloq
Allah qorusun
ReplyDeleteZaur Ustac biz Sizinlə fəxr edirik!
ReplyDeleteAllah can sağlığı versin
ReplyDeleteAllah can sağlığı versin. Fəxrimiz. Qürurumuz.
ReplyDelete