Rəşad Quliyev - Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi.
Rəşad Quliyev 1983-cü il sentyabrın 23-də Bakı şəhəri, Xətai rayonunda Rəşid və Mətanət Quliyevlərin ailəsində anadan olub. Əslən Quba rayonundan idi.
1990-1998-ci illərdə Xətai rayonunda A. Xəlilov adına 263 nömrəli tam orta məktəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.
2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ali hərbi təhsilini bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgələrində yerləşən hərbi hissələrində xidmət edib.
Rəşad Quliyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə iştirak edib.
2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edərək, Cəbrayılın azad olunması uğrunda döyüşlərdə savaşıb. Döyüş yoldaşları tərəfindən "Canavar" ləqəbini qazanıb.
Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Quliyev oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ailəli idi. Dərya və İnci adında 2 qızı var idi.
Təltifləri
(26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(26.06.2014) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(20.04.2016) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(26.06.2019) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
mənbə: qafqazinfo, mod.gov.az
No comments:
Post a Comment