İsa Muğanna |
İsa Muğanna - Xalq yazıçısı.
İsa Muğanna (İsa Mustafa oğlu Hüseynov) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.
Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.
1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib.
1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur.
1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
"26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
Yazıçı İsa Hüseynov uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıb.
2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etmişdir. Dəfn mərasimi xaricdə yaşayan nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşmişdir.
31 may 2018-ci ildə Azərbaycan prezidenti İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976
- "Qırğızıstan Yazıçılar İttifaqı" diplom və priz — 1976
- "İstiqlal" ordeni — 11 iyun 1998
- "Nəsimi" mükafatı — 2012
Kitabları
- Bizim qızlar (pyes), 1953
- Dan ulduzu (pyes), 1955
- Hekayələr, 1957
- Yanar ürək (pyes), 1960.
- Doğma və yad adamlar (roman), 1962.
- Teleqram (povest), 1963.
- Yanar ürək (roman), 1965.
- Tütək səsi (pyes və hekayələr), 1965.
- Pyeslər, 1967.
- Kollu koxa (pyes və hekayələr), 1969.
- Ömrümdə izlər, 1971.
- Saz (pyeslər), 1971.
- Seçilmiş əsərləri (roman və pyeslər), 1972.
- Yanar ürək, Doğma və yad adamlar, 1979.
- Məhşər (roman), 1979.
- İdeal (roman), 1985.
- Türfə (roman), 2009
- Qəbiristan (roman), 2013
- Cəhənnəm (roman), 2013
- GurÜn (roman), 2013
- İsahəq-Musahəq (roman), 2013
- İlan dərəsi (povestlər)
Filmoqrafiya
- Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
- Dəli Kür (film, 1969)
- İyirmialtılar (film, 1966)
- Qərib cinlər diyarında (film, 1977)
- Liderlik missiyası. 1-ci hissə (film, 2008)
- Nəsimi (film, 1973)
- Nizami (film, 1982)
- Od içində (film, 1978)
- Tütək səsi (film, 1975)
- Ulduzlar sönmür (film, 1971)
- Zəlimxan dastanı (film, 2007)
No comments:
Post a Comment