A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı pdf

Zülfüqar Hacıbəyov


Zülfüqar Hacıbəyov - Azərbaycan bəstəkarı. Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atası.


Zülfüqar Hacıbəyov (Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov) 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Zülfüqar kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəylinin incəsənətdə formalaşmasında çox böyük rolu olmuşdur. Zülfüqar Hacıbəyovun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski var. 


Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – «50 yaşında cavan» (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilmişdir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynamışdır. Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən "Aşıq Qərib" operasında xalq rəvayətindən istifadə olunmuşdur. O, 1917-ci ildə «Üç aşiq və ya Məlikməmməd» adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmamışdır.


XX əsrin birinci rübündə məşhurlaşan «Kənd qızı», «Çoban qız» və «Əsgər nəğməsi» bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.


O, 1932-ci ildə «Kölə qadınların rəqsi» adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazmışdır. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.


O, 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir.


Əsərləri


Musiqili komediyalar

"Əlli yaşında cavan" (1909)

"On bir yaşlı arvad" (1911)

"Evliykən subay" (1911)


Operalar

"Aşıq Qərib" (1915) – eyniadlı dastan əsasında. Librettosu Üzeyir Hacıbəyovundur.

"Nüşabə" – Nizaminin "İskəndərnamə" poeması və Abdulla Şaiqin librettosu əsasında. Yarımçıq qalıb.

"Üç aşiq və ya Məlikməmməd" – yarımçıq qalıb.


Vokal əsərlər

"Kəndçi qızı"

"Çoban qızı"

"Əsgər nəğməsi"

"Azərbaycan" kantatası


Digər əsərlər

"Kölə qadınların rəqsi" (1932) – simfonik əsər

"Cəngi" – Xalq Çalğı Alətləri Orkestri üçün. Fikrət Əmirovla birgə hazırlanıb.

No comments:

Post a Comment