Xaltan kəndi |
Xaltanlı Tağı - XIX əsrdə yaşayan aşıq, Şirvan məktəbinin qurucusu.
Xaltanlı Tağı 1780-ci ildə Quba rayonun Xaltan kəndində doğulub.
Aşığın nəvəsi Ənvər Tağıyev deyir ki, Tağının anası Şirvan zonasından olduğu üçün şeiriyyata, söz sənətinə dərin həvəs göstərib. Oğlu Tağıda da aşıq sənətinə maraq anasının ona söylədiyi laylalardan yaranıb. İllər ötür Tağı böyüyür, mədrəsədə təhsil alır. Nəvəsinin sözlərinə görə, aşıq Tağı Quran Kərim-i əzbər bilib. Mədrəsədə oxuduğu dövrdə təkcə dini deyil, dünyəvi biliklərə də yiyələnib. Yaşadığı mahalda mollalıq edib, söz, hörmət sahibi olub.
Əməkdar incəsənət xadimi, mərhum Ağalar Mirzə də Xaltanlı Tağı haqqında araşdırma aparıb.
1999-cu ildə ustad aşığın həyat və yaradıcılığına həsr edilən “Xaltanlı Tağı” adlı kitab dərc etdirir. Bu zaman Aşıq Haşım Ağalar Mirzəyə Xaltanlı Tağının “Güllü və Tağı” dastanını verir və yeni kitab çap olunur.
28 yeni saz havası Xaltanlı Tağının adı ilə bağlıdır. Onun mahnıları sırasında “Qobustanı”, “Quba Kərəmi”, “Alça gülü”, “Cığatay Koroğlu”, “Vücudnamə” “Çoban yaylağı” çox məşhurdur.
Xaltanlı Tağı 100 il yaşayıb (1880) və Xaltan kəndində dəfn olunub. Hazırda kənddə onun qəbri var. Məzar daşında kiril əlifbası ilə Xaltanlı Tağı yazılıb. Aşığın həyatı ilə bağlı başqa bir versiyada isə söylənilir ki, o, Təbrizdə doğulub, Arazı keçərək Şimali Azərbaycana səfər edib, Xaltan kəndində məskən salıb. Aşığın 1890-cı ildə Kərbala ziyarəti zamanı vəfat etdiyi deyilir. Qəbri guya M. Füzulinin məzarına yaxın yerdədir...
mənbə: lent.az
No comments:
Post a Comment