Seyid Hüseyn Sadiq |
Seyid Hüseyn Sadiq - yazıçı, tәnqidçi, pedaqoq.
Seyid Hüseyn Sadiq (Hüseyn Mir Kazım oğlu Sadıqzadә) 1887-ci ildə Bakıda anadan olub.
Çağdaş Azərbaycan nəsrinin, xüsusilə onun hekayə janrının inkişafı tarixi Seyid Hüseynin adı ilə sıx surətdə bağlıdır. Onun nəsri-çağdaş Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafı dövrünün ən parlaq səhifələrindən biridir. Seyid Hüseynin 20-ci illərin sonundan, 30-cu illərin birinci yarısınadək yazdığı hekayələr o zaman oxucuların dillərində əzbər olmuş, indi də öz təravətlərini saxlamış müasirliyini ititrməmiş,müəllifə şirin hekayə ustası kimi şöhrət qazanmışdır. Hüseyn Mir Kazım oğlu "Tazə həyat" və "Kaspi" qəzetlərinin mətbəələrində mürəttib olmuş, şərikli "Bəhlul", "Kəlniyət" və "Qurtuluş" jurnallarını nəşr etdirmişdir.
Bədii yaradıcılığa 1907-ci ildə başlamışdır.
1913-1914 illərdə "İqbal"ın baş redaktoru idi.
Hekayə və publisistik məqalələrində mürtəce ziyalıların əleyhinə çıxmış Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparmışdır. Azərbaycan ədəbiyyatı və ədəbiyyat xadimləri haqda məqalələr, müasir həyatdan bəhs edən hekayələr yazmışdır.
Seyid Hüseyn ictimai hadisələrə münasibətdə H. ilə daim həmfikir olmuşdur. Onların arasında qarşılıqlı səmimi münasibət var idi. H.-un redaktorluq etdiyi "Yeni iqbal" və "Azərbaycan" qəzetlərində Seyid Hüseyn məqalələrlə çıxış edirdi.
"Qurtuluş" jurnalının nəşrə başlanılmasını H. böyük sevinclə qarşılamışdı. Repressiyanın qurbanlarından olan Seyid Hüseyn 1937-ci ildə həbs edilmiş, 1938-ci ilin yanvarında güllələnmişdir.
Seyid Hüseynin ədəbi yaradıcılığa başlaması müstəqil həyata,əmək fəaliyyətinə qədəm qoyduğu ilk illərə təsaduf edir.
1908-ci ildən etibarən o,əvvəlcə ara-sıra,sonralar isə müntəzəm olaraq qəzetlərdə,jurnallarda "Kazımoğlu", "Hüseyün Sadiq", "Seyid Hüseyn" imzaları ilə ədəbi-tənqidi məqalələr dərc etdirmiş, Bakının ictimai həyatında,mədəni-maarif cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak etmiş, 1927-ci ilə kimi müvəqqəti-mühərrir kimii tanınmışdır.
Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı Ümgülsüm Sadıqzadə ilə evlənmiş, Oqtay Sadıqzadə, Toğrul Sadıqzadə, Qumral Sadıqzadə adlı uşaqları olub.
Əsərləri:
1. İki həyat arasında, B., Azərnəşr, 1930, 208 səh., 3000 nüs.
2. İki həyat arasında, B., Azərnəşr, 1934, 429 səh., 3000 nüs.
3. Yeni həyat yollarında, B., Azərnəşr, 1928, 101 səh., 3000 nüs.
4. Seçilmiş əsərləri, B., Azərnəşr, 1960, 428 səh., 15.000 nüs.
5. Şirinnaz, B., Uşaqgəncnəşr, 1961, 76 səh., 25000 nüs.
6. Bir küçənin tarixi, B., Azərnəşr, 1965, 90 səh., 12000 nüs.
7. Xeyir və bərəkət ayı, B., Azərnəşr, 1965, 36 səh., 8000 nüs.
8. Yatmış kəndin qış gecələri, B., Gənclik, 1969, 140 səh., 20000 nüs.
9. Həzin bir xatirə, B., Gənclik, 1973, 80 səh., 20000 nüs.
10. Hekayələr, B., Gənclik, 1977, 183 səh., 20000 nüs.
11. İki həyat arasında, B., Gənclik, 1987, 124 səh., 30000 nüs.
mənbə: vikipediya
No comments:
Post a Comment