Ələkbər Salahzadə |
Ələkbər Salahzadə - şair, tərcüməçi.
Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Salahzadə) 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olmuşdur.
Orta məktəbi Qonaqkənddə başa vurub ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963).
Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, illər keçdikcə dövri mətbuatda çıxış etmişdir. "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olmuşdur (1965-1967). Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor (1966), "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor (1968-1976), Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini (1976-1989) işləmişdir. Sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri (1989-1992), baş redaktor (1992-2004), "Qobustan" jurnalının baş redaktoru (2004) vəzifəsində çalışmışdır. 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlamışdır. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı vardır. "Kölgədən qorxan" (1983) Şəki, "Yayın qış gecələri" (1985) Sumqayıt, "Nağaraçı naxırçı" (1987) pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.
Kitabları:
- Beş yarpaq (şeirlər və poema). Bakı: Gənclik, 1968, 108 səh.
- Od hevkəli(şeirlər və poema). Bakı: Gənclik, 1970, 107 səh.
- Gözlər baxır dünyaya (şeirlər və poemalar). Bakı: Yazıçı, 1979, 136 səh.
- Xatirə çiçəyi (şeirlər və poema). Bakı: Yazıçı, 1982, 144 səh.
- Yerimiz bir, göyümüz bir (şeirlər və poemalar). Bakı: Yazıçı, 1986, 192 səh.
- Od odası (şeirlər və poemalar). Bakı: 1989, 182 səh.
- Yanıltmaclı əlifba. Bakı: Gənclik, 1995, 128 səh.
- "Xocalı xəcilləri", B.. Şirvannəşr, 2006, 46 səh.
- "Vaxt vadisi", B., Nərgiz, 2007, 204 səh.
- "Mikayıl Müşfiqin monoloqu", B., Nərgiz, 2008, 56 səh.
- "İtən karandaşların nağılı", B., Beşik, 2008, 34 səh.
- "Alma gəmirən qurdun nağılı", B., Beşik, 2008, 34 səh.
- "Oxatan kirpinin nağılı", B., Beşik, 2008, 42 səh.
- "Pələng olmaq istəyən pişik", B., Beşik, 2008, 34 səh.
- "Kim nəyə bənzəyir", B., Beşik, 2008, 30 səh.
- "Meşədən küsən ayı", B., Beşik, 2009, 30 səh.
- "Taladakı tənha ağacın nağılı", B., Beşik, 2008, 34 səh.
- "Dost axtaran çəpişin nağılı", B., Beşik 2009, 28 səh.
- "Dağa çıxan bağanın nağılı", B., Beşik, 2009, 34 səh.
- "Lovğa xoruz", B., Beşik, 2009, 38 səh.
- "Ayının sualı", B., Beşik, 2009, 32 səh.
- "Qobustan", B.. Beşik, 2009, 32 səh.
Tərcümələri:
(ruscadan)
1. A.Tarkovski. Gözəl Gülayim haqqında povest. Bakı: Gənclik, 1970, 192 səh.
2. Pyatras Svirka, Tülkünün kələyi. Bakı: Gənclik, 1970, 16 səh.
3. A.Platonov. Dörd hekayə. Bakı: Gənclik, 1971, 51 səh.
4. Lorens Sterin, Fransaya və İtaliyaya sentimental səyahət. Bakı: Gənclik, 1973, 166 səh.
5. A.V.Sofranov. Vida poeması. Bakı: Yazıçı, 1980, 148 səh.
mənbə: Teymur Əhmədov (2011). "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 1056. ISBN 978 9952 460 06 3
No comments:
Post a Comment