Camo bəy Hacınski |
Camo bəy Hacınski - Azərbaycan Demokratik Respublikasının 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri, Azərbaycan Milli Şurasının üzvü, ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas. Bəzi mənbələrdə Azərbaycan himninin sözlərinin müəllifi kimi göstərilir.
Camo bəy Hacınski (Camo bəy Hacınski Süleyman oğlu) 14 iyun 1888 -ci ildə Quba şəhərində anadan olmuşdur.
O, ictimai-siyasi xadim Mehdi bəy Hacınskinin kiçik qardaşıdır. Gənc yaşlarında Bakıya köçən Camo bəy burada gimnaziya təhsili almışdı. Gimnaziyanı bitirib 1907-ci ildə Bakıda rus dilində nəşr olunan “Kaspi” qəzetində müxbir kimi fəaliyyətə başlamışdı və bu qəzetlə əməkdaşlığını 1915-ci ilədək davam etdirmişdi.
1914-cü ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirən Camo bəy Hacınski, sonralar İqtisadçı ixtisasına da yiyələnmişdi.
Zaqafqaziya Seymi Müsəlman fraksiyasınin üzvü olmuşdur. Milli Şuranın üzvü və İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biri idi. Hacınski Azərbaycan Xalq Cumhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində təmsil olunmuşdur. Respublikanın rabitə sahəsində xüsusi xidmətləri olmuşdur. Aprel işğalından sonra mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirmişdir.
1922-ci ildə həbs olunaraq 3 il məhbəsdə saxlanıldıqdan sonra Solovki (Rusiya) düşərgəsinə göndərilmişdir.
1928-ci ildə azad olunaraq Bakıya gəlmiş lakin, 1938-ci ildə yenidən həbs edilərək sürgün olunmuş və 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat etmişdir.
1956-cı ildə ona ölümündən sonra bəraət verilmişdir.
No comments:
Post a Comment