Rafail Becanov - "Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" xəbər portalının direktoru
Rafail Becanov 2 iyul 1968-ci ildə Yardımlı rayonunun Odurakəran kəndində anadan olub.
1987-1989-cu illərdə Sovet Ordusunda hərbi xidmətdə olub.
1986-1993-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb.
1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü və Milli Azadlıq Hərəkatının fəallarından, Gəncə şəhərində tələbə hərəkatının liderlərindən olub.
1990-1992-ci illərdə ADAU-nun nəzdindəki İctimai Peşə Fakultəsində jurnalistika ixtisası üzrə təhsil alıb və ikiillik kursu bitirib.
1992-ci il dekabrın 12-də keçirilən Azərbaycan Respublikası Tələbələrinin 1-ci Qurultayının Təşkilat Komitəsinin üzvü və Qurultayın həmsədri olub.
1993-cü ildən jurnalistikadadır.
1993-1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin İnformasiya Mərkəzinin əməkdaşı olub.
1993-cü ildən "Cümhuriyət" qəzetinin müxbiri, 1997-ci ildən "Cümhuriyət" qəzetinin redaktoru işləyib.
2000-2003-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (KXCP) mətbuat xidmətinin rəhbəri olub.
2003-2008-ci illərdə "Elçi" qəzetində redaktor vəzifələrində işləyib. 2008-2012-ci illərdə "Ölkə" qəzetinin baş redaktoru olub.
2006-cı ildən İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədridir.
2007-2011-ci illərdə Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının Şura üzvü, 2012-2014-cü illərdə Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının həmsədri olub.
2015-ci ildə "Cümhuriyət" qəzetini yenidən bərpa edib və həmin zamandan baş redaktordur.
2015-ci ildən "Cebhe.info" Xəbər Portalının direktorudur.
2018-ci ilin martından Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibində yer alıb.
Jurnalist kimi 100-lərlə məqalə müəllifidir. Xarici dərgilərdə bir sıra ictimai-siyasi-analitik yazıların müəllifidir. Yazılarında əsas xətt siyasi publisistikadır. Ölkənin nüfuzlu qəzet, jurnal və xəbər portallarında müxtəlif köşə yazıları ilə çıxış edib.
Evlidir. 2 övladı var.
mənbə: cebhe.info
No comments:
Post a Comment