Zakir Babayev |
Zakir Babayev - Dövlət Sosial Müdafiə Fondunun direktoru.
Zakir Hadı oğlu Babayev 1951-ci il dekabrın 5-də anadan olmuşdur.
1993-cü ilin yanvarın 12-də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədr müavini vəzifəsinə təyin edilmişdir.
1986-cı ilin yanvarından 1993-cü ilin yanvarınadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatında iqtisadi şöbənin böyük referenti, baş mütəxəssis vəzifələrində çalışmışdır.
1974-cü ilin avqustundan 1986-cı ilin yanvarınadək SSRİ Kimya və Neft Maşınqayırma Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Layihə Texnoloji Neft Maşınqayırma institutunda mühəndis, böyük mühəndis, plan-istehsalat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
1969-cu ildə indiki Azərbaycan Neft Akademiyasının Mühəndis-iqtisad fakultəsinə daxil olmuşdur. 1974-cü ildə həmin ali təhsil müəssisəsini iqtisadçı-mühəndis ixtisası üzrə bitirmişdir.
Evlidir, 2 övladı var.
İstifadə olunan mənbələr: sspf.gov.az
No comments:
Post a Comment