A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı pdf

Elxan Şahinoğlu

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Elxan Şahinoğlu (Quliyev) – siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəridir.


Həyatı

1971-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunudur (1988-1993).

SSRİ illərində tələbə hərəkatının fəal üzvlərindən olub. Tələbəlik illərində müxtəlif nəşrlərlə əməkdaşlıq edib. Universiteti bitirdikdən sonra Dövlət Quruculuq və Beynəlxalq Münasibətlər İnstitutunda analitik qrupun rəhbəri kimi fəaliyyətə başlayıb. İnstitutda araşdırmalar və sorğuların keçirilməsi ilə məşğul olub.

Elxan Şahinoğlu 1994-2005-ci illərdə Azərbaycanın müxtəlif  media orqanlarında, o cümlədən “Millət”, Azadlıq”, “Gün səhər” qəzetlərində beynəlxalq əlaqələr və  xarici siyasət şöbələrinin müdiri vəzifələrində, Türkiyənin TRT televiziyasının və “Anadolu” agentliyinin Bakıdakı bürolarında çalışıb. Bu illərdə yüzlərlə analitik məqalənin və müsahibələrin müəllifi olub. Bu yazılarına görə müxtəlif mükafatlara layiq görülüb. Müxtəlif illərdə ABŞ, Belçika, Türkiyə, Rusiya, Ukrayna, Yunanıstan, İran, Gürcüstan, Fransa, Almaniya və digər ölkələrdə konfrans və seminarlarda iştirak edib, Cənubi Qafqazdakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsinə dair məruzələrlə çıxış edib.

Fəaliyyəti

Elxan Şahinoğlu 2005-ci ildə “Atlas” Araşdırmalar Mərkəzini təsis edib. Rəhbəri olduğu “Atlas” Araşdırmalar Mərkəzi regional təhlükəsizlik, o cümlədən Azərbaycanın yaxın qonşularla və beynəlxalq təşkilatlarla münasibətləri mövzularını tədqiq edir, ayrıca, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə danışıqlar prosesinin monitorinqini aparır, sorğular keçirir.

Elxan Şahinoğlu müstəqil yazar kimi də fəaliyyət göstərir. Azərbaycanın və bir sıra ölkələrin nəşrləri ilə əməkdaşlıq edir, müsahibələr verir, televiziya proqramlarında çıxışlar edir. Ayrıca, Youtube-da özəl kanalı var və bu kanal vasitəsilə gündəmin aktual mövzularıyla bağlı çıxışlar edir, fikirlərini və ideyalarını ictimaiyyətin diqqətinə çatdırır.

Elxan Şahinoğlu 3 kitabın müəllifidir. Onun ilk kitabı “Dağlıq Qarabağ: Statussuz status” (2010-cu il) adlanır. Kitabda dünyadakı 10 muxtariyyət modelinin Dağlıq Qarabağa tətbiq imkanları araşdırılıb.

Ukraynadakı hadisələrdən bəhs edən “Maydandan Maydana” (2015-ci il) yazarın rus dilində yazdığı ikinci kitabıdır. Elxan Şahinoğlu “Maydan” hadisələrinin başlanğıcından tutmuş Kiyevdəki olayların və Donetskin separatçıların necə əlinə keçməsi prosesinin canlı şahidi olaraq müşahidələrini və qənaətlərini oxucularla bölüşüb.


İstifadə olunan mənbələr: vikipediya

No comments:

Post a Comment